featured-image-19858

Azərbaycan Premyer Liqasının lideri “Qarabağ” Türkiyəyə yollanıb.

Msport.az xəbər verir ki, Ağdam klubu qış təlim-məşq toplanışı üçün Antalya şəhərinə yola düşüb.

Komanda üzvlərini daşıyan təyyarə səhər saatlarında havaya qalxıb.

Xatırladaq ki, Ağdam təmsilçisi Antalyada 3 yoldaşlıq oyununda qüvvəsini sınayacaq. Son ölkə çempionu yanvarın 13-də Polşanın “Rakuv” klubu ilə üz-üzə gələcək. “Qarabağ” yanvarın 18-də iki görüş keçirəcək. Əvvəlcə Serbiya “Çukariçki”si ilə qarşılaşacaq kollektiv ardınca Polşanın digər təmsilçisi “Poqon”u sınağa çəkəcək.

Təlim-məşq toplanışı yanvarın 23-dək davam edəcək.

Bənzər xəbərlər