featured-image-26634

Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev “Qarabağ”la bu ilin yayında başa çatacaq müqaviləsini uzatmağa tələsmir.

2021-ci ildən Ağdam klubunun formasını geyinən 27 yaşlı hücumçu yeni sözləşmə təklifinə cavab verməyə tələsmir.

Klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadənin Msport.az-a verdiyi məlumata görə, bu məsələyə indi yox, cari mövsümün sonunda yenidən qayıdacaqlar: “Bunu çempionat başa çatandan sonra müzakirə edəcəyik. Tək Şeydayev deyil, müqaviləsi başa çatan başqa futbolçular da var. Bütün bunlarla bağlı hər hansı yenilik olarsa, rəsmi açılama veriləcək”.

Qeyd edək ki, Ramil Şeydayev 2017/2018 mövsümündə də “Qarabağ”da çıxış edib.

Cahid

Bənzər xəbərlər