"Qarabağ"dan yeni transfer - "Riyeka" artıq özünə qapıçı axtarır
“Riyeka”nın qapıçısı Martin Zlomisliçin “Qarabağ”a keçidi yaxın vaxtlarda açıqlana bilər.
Msport.az xəbər verir ki, Ağdam klubu 27 yaşlı qolkiperin transferi üçün Xorvatiya klubuna 500 min avro ödəyəcək. Qapıçının “Riyeka” ilə müqaviləsi 2027-ci ilin iyununa kimidir.
Zlomisliç Bosniya və Herseqovina millisinin heyətində dünya çempionatında iştirak edəcək. O, 2021-ci ildə “Riyeka”ya “Şiroki Briyeq”dən transfer olunub. Zlomisliç millidə 3 oyunda forma geyinib.
Transfermarkt onu 2 milyon avro dəyərləndirir.
Qeyd edək ki, “Riyeka” artıq Zlomisliçin yerinə yeni qapıçı ilə danışıqlara başlayıb. Xorvatiya təmsilçisi “Vidzev Lodz”un çərçivə qoruyucusu Velko İliçi heyədə görmək istəyir.







