featured-image-34584

“Qarabağ” UEFA Çempionlar Liqasının (ÇL) II təsnifat mərhələsinin cavab oyunlarından sonra ən intizamlı 2-ci komandadır.

Msport.az xəbər verir ki, Ağdam təmsilçisi bu mövsüm qitənin ən nüfuzlu klub turnirində meydana çıxdığı 4 qarşılaşmada cəmi 44 qayda pozuntusuna yol verib. Bunlardan 6-sı sarı vərəqə ilə nəticələnib.

Həmçinin, “köhlən atlar” II raunddan sonra ən çox qol vuran 4-cü kollektivdir. Azərbaycan çempionunun aktivində 9 qol var.

Qeyd edək ki, “Qarabağ” II təsnifat mərhələsində iki oyunun (2:3; 1:1) nəticəsinə əsasən Polşa “Rakuv”una uduzaraq, Çempionlar Liqasında mübarizəni dayandırıb.

Bənzər xəbərlər