"Qarabağ" hücumda çox yaxşı oynayırdı" - "Ferentsvaroş"un futbolçusu
“Ferentsvaroş”un futbolçusu Endre Botka “Qarabağ”la oyundan (1:1) sonra fikirlərini bildirib.
Msport.az “Nemzetisport.hu”ya istinadən xəbər verir ki, 27 yaşlı vinger belə deyib:
“Biz bilirdik ki, bu matçda ağıllı oynamaq və nəticəyə fikir vermək lazımdır. Təəssüf ki, onlar “rikoşet”dən sonra hesabı bərabərləşdirə bildilər. Komandamızın bütün üzvləri konsentrasiya ilə oynadılar.
“Qarabağ” hücumda çox yaxşı oynayırdı. Ancaq biz görürdük ki, onların müdafiədə problemləri yaranırdı. Cavab oyunundan bundan istifadə etməliyik. Çempionlar Liqasının qrupuna düşmək istəyiriksə, cavab matçında qalib gəlməliyik. Ümid edirəm ki, hava daha yaxşı olacaq.Bakıdakı kimi rütubət olmayacaq və azarkeşlər burdakı kimi siqaret çəkməyəcəklər”.