featured-image-31473

Böyük ehtimalla Azərbaycan çempionatında basketbol komandamız olacaq”. Msport.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov 3×3 basketbol üzrə dünya qadın seriyasının Şuşa mərhələsi zamanı jurnalistlərə açıqlamasında deyib.

51 yaşlı mütəxəssis “Qarabağ”ın basketbol komandasının yaradılması ilə bağlı danışıqların aparıldığını söyləyib: “Bu barədə təklif olub. Rəhbərliyimizin elm və təhsil naziri Emin Əmrullayevlə bu barədə görüşləri olub. Düzdür, tam işin içində deyiləm. Ancaq müzakirələrin aparılması barədə məlumatım var. Belə bir variantın olma ehtimalı var”.

Qurbanov basketbola həmişə maraq göstərdiyini vurğulayıb: “Sadəcə, çoxdan idi ki, canlı izləmirdim. Cənab nazir dəvət elədi, böyük məmnuniyyətlə qəbul etdim. Mənim üçün çox maraqlı və xoş oldu. Həm bu gözəl diyarı gördüm, həm də belə yarışda iştirak elədim”.

Ağdam təmsilçisinin baş məşqçisi Şuşada olduğu müddətdə oranı gəzdiyini də sözlərinə əlavə edib: “Şuşada çox yeri gəzdim. Hamının marağında olan yerləri gördüm, çox sevindim. Xatirələrimdə qalacaq günlər oldu” (report).

Qurban Qurbanov, həmçinin, yeni transfer axtarışlarını davam etdirdiklərini deyib: “Hamidu Keytadan başqa hələlik yeni transferimiz yoxdur. Amma həmişəki kimi, iş gedir, axtarışdayıq”.

Bənzər xəbərlər