featured-image-25951

Macarıstan “Ferentsvaroş”u Azərbaycan millisinin və “Qarabağ”ın futbolçusu Ramil Şeydayevlə maraqlanır.

Msport.az “ulloi129.hu” saytına istinadən xəbər verir ki, Budapeşt təmsilçisi 27 yaşlı hücumçunu cari mövsümün sonunda azad agent kimi heyətinə qatmaq istəyir.

İddiaya görə, təcrübəli forvarda “Neftçi” və Rusiyanın 2 klubundan da təklif var. Ağdam təmsilçisi isə Şeydayevə daha yaxşı şərtlərlə 2 illik yeni müqavilə təklif edib. Amma futbolçu ölkə xaricindən aldığı dəvətlərə görə “köhlən danışıqları yayadək dondurub.

Qeyd edək ki, daha əvvəl Macarıstanın “Debretsen” klubunun Ramil Şeydayevə 2 illik sözləşmə təklifi etdiyi barədə xəbərlər yayılıb.

“Ferentsvaroş” bu qış fasiləsində “Qarabağ”dan Kvabena Ovusunun heyətinə qatıb.

CAHİD

Bənzər xəbərlər