featured-image-78640
“Qarabağ”ın futbolçuları Mateuş Koxalski və Abdullah Zubir UEFA Çempionlar Liqasının 2025-2026 mövsümünün ən yaxşıları sırasında yer alıblar.
Msport.az xəbər verir ki, mövsüm başa çatdıqdan sonra açıqlanan UEFA-nın “FedEx Performance Zone” statistik hesabatına əsasən, Koxalski turnirdə etdiyi 45 seyv ilə ən çox qurtarış edən qapıçılar sırasında 4-cü pillədə qərarlaşıb.
Polşalı qolkiper yalnız Nikita Haykin (Budo Qlimt), Tibo Kurtua (Real) və Uğurcan Çakırdan (Qalatasaray) geri qalıb.
Zubir meydanın rəqibə aid olan 1/3 hissəsindəki mübarizələrdən 14 dəfə qalib ayrılıb. Yalnız PSJ-nin ulduzu Vitinyadan geri qalan fransalı yarımmüdafiəçimiz 2-ci yerə şərik olub.

Bənzər xəbərlər