"Qarabağ"ın futbolçusu "Strasburq"la müqavilə bağlayacaq?
“Qarabağ”ın futbolçusu Əli Bəşirov Fransanın “Strasburq” klubunun düşərgəsindən geri qayıdıb.
Msport.az xəbər verir ki, 16 yaşlı yarımmüdafiəçi iki həftəlik təcrübə proqramında olub.
O, “Strasburq”un 17 yaşadək komandası ilə birgə məşqlərdə iştirak edib və yoxlama oyunlarında meydana çıxıb. Bəşirov həmçinin bir sıra fiziki və atletik testlərdən də keçib.
“Qarabağ”ın yaydığı açıqlamada deyilir ki, “Strasburq” klubunun məşqçi heyətinin Əli Bəşirovla bağlı ilkin təəssüratları müsbətdir. Təcrübə proqramının yekunları və əməkdaşlığın növbəti mərhələləri ilə bağlı prosesin gedişi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.







