featured-image-20415

“Qarabağ”ın Konfrans Liqasının pley-off mərhələsində “Gent”lə keçirəcəyi oyunlarda VAR sistemindən istifadə olunacaq.

Msport.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, turnirin bu mərhələsindən etibarən hakimlər VAR-dan yararlanacaqlar.

“Qarabağ” Belçika təmsilçisinə qarşı ilk matçını fevralın 16-da evdə, cavab qarşılaşmasını isə fevralın 23-də səfərdə keçirəcək.

Qeyd edək ki, UEFA Konfrans Liqasında 2021/2022 mövsümündə yalnız yarımfinal və final görüşlərində VAR sistemindən istifadə olunub.

Bənzər xəbərlər