featured-image-19793

Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) açıqladığı 2022-ci ildə dünyanın bombardirləri sırasına düşüb.

Msport.az xəbər verir ki, “Qarabağ”ın hücumçusu il ərzində vurduğu 25 qolla 67 nəfərlik siyahının 55-ci pilləsində qərarlaşıb.

Onunla birlikdə daha 14 oyunçunun aktivində 25 top var. Şeydayev bu qollardan 18-ni Premyer Liqada, 4-nü ölkə kubokunda, 1-ni avrokuboklarda, 2-ni isə yığmanın heyətində vurub.

Cədvələ Fransa millisinin və PSJ klubunun hücumçusu Kilian Mbappe başçılıq edir. 24 yaşlı forvard ümumilikdə 56 oyuna çıxıb, eyni sayda fərqlənib. Mbappe ən yaxın izləyicisi olan norveçli Erlinq Haland və braziliyalı Berqsonu 10 qol qabaqlayıb.

Qətərdə keçirilən dünya çempionatında kuboku qazanan Argentina millisinin kapitanı Lionel Messi 35 qolla 11-ci sırada yer alıb. “Qızıl top”un sahibi fransalı Kərim Benzema aktivinə 33 top yazdırıb ki, bu, onun 16-cı pillədə qərarlaşması ilə nəticələnib.

Bənzər xəbərlər