featured-image-31901

“Qarabağ”ın “Legiya” ilə keçirəcəyi yoxlama görüşünün vaxtı müəyyənləşib.

Msport.az Varşava təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, matç iyulun 1-də Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Bu Ağdam klubunun Avstriyadakı təlim-məşq toplanışında ikinci yoxlama oyunu olacaq. Azərbaycan çempionu polşalılara qədər iyunun 27-də  “Ferentsvaroş”la üz-üzə gələcək.

Qeyd edək ki, 2023/2024 mövsümündə Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edəcək “Qarabağ”ın I təsnifat mərhələsindəki rəqibi bu gün bəlli olacaq.

Bənzər xəbərlər