featured-image-10029

“Qarabağ”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Viktoriya” (Plzen) klubuna qarşı keçirəcəyi oyunların təqvimi açıqlanıb.

Msport.az xəbər verir ki, Ağdam klubu ilk matçını avqustun 17-də Bakıda keçirəcək. Tofiq Bəhramov adına Respublika stadionunda olacaq görüş saat 20:45-də başlayacaq.

Komandalar arasında cavab qarşılaşması isə avqustun 23-də Plzendə olacaq. Oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Qeyd edək ki, “Qarabağ” III təsnifat mərhələsində Macarıstan “Ferentsvaroş”unu mübarizədən kənarlaşdırıb.

Bənzər xəbərlər