featured-image-28781

Milli komandamızın baş məşqçisi Canni de Byazi bu günlərdə Bakıdadır. İtaliyalı mütəxəssis paytaxtımızda keçirilən Formula-1 Azərbaycan Qran-Prisini izləyir. Msport.az 66 yaşlı mütəxəssisin “1 news”a müsahibəsini təqdim edir.

  • Avro-2024-ün seçmə mərhələsinin ilk oyunlarının üstündən bir aydan çox vaxt keçib. Ayıq başla təhlil etmək olar, niyə millimiz Avstriyaya (1:4) və İsveçə (0:5) böyük hesabla məğlub oldu. Bu oyunların nəticələri sizin üçün məyusedici oldumu? 
  • Əlbəttə, çox məyusam, lakim mən realistəm.  Çünki başa düşürəm ki, bizdən fərqlənən komandalara qarşı oynadıq. Onların heyətində Avropanın aparıcı liqalarında çıxış edən böyük futbolçular var. Bəli, biz böyük hesabla məğlub olduq, lakin indiki məqamda bu normaldır. Bacardığımızı eləməyə çalışdıq. Ötən oyunlar bizə müəyyən təcrübə qazandırdı. Azərbaycan çempionatının səviyyəsini Avropanın aparıcı liqaları ilə müqayisə etmək olmaz. Mən əminəm ki, gələcəkdə azərbaycanlı futbolçuların səviyyəsi artacaq.
  • Darmadağına görə, yığma komanda böyük tənqidlərə məruz qaldı. İki oyuna 9 qol, bu kifayət qədər çox deyilmi? 
  • İngiltərə Premyer Liqasının lideri “Arsenal” 1:4 hesabı ilə uduzdu. Bu, darmadağındır. Lakin sən reytinqdə özündən 100 pillə öndə olan komandaya məğlub olursansa, bu, darmadağın deyil. Bəli, biz tutaq ki, 0:2 hesabı ilə uduza bilərdik. Amma çox səhvlərə yol verdik. Bu bizim oyunçulara böyük təcrübə qazandıracaq.
  • Həmin oyunlardan sonra AFFA İcraiyyə Komitəsinin toplantısı keçirildi. Siz mediaya açıqlama vermədən iclası tərk etdiniz. Nəyi müzakirə edirdiniz və niyə mediaya danışmadız? 
  • Mənim iclasdan sonra görüşüm var idi, ona görə də tələsirdim. Əgər istəyirsinizsə, hər gün futboldan danışa bilərəm. Mən İcrakom üzvlərinə dedim ki, gələcəyə inkişaf proqramını müəyyənləşdirməliyik. Fərqi yoxdur, bu mənimlə olacaq, ya başqa məşqçi ilə. Ən vacibi odur ki, yeni proekti reallaşdırmağa başlayaq. Bu layihə təkcə AFFA ilə yox, İdman nazirliyi, həmçinin digər strukturlarla olmalıdır. Məktəblərdə uşaqlara futbol dərsi tədris olunmalıdır. Yaxşı məşqçilər, müəllimlər bu dərsləri keçməlidirlər.
  • Avstriya və İsveçlə oyunlardan sonra sizi istefaya səsləyənlər oldu. Siz Azərbaycan milisində işləyən dövrdə heç bu barədə düşünmüsünüz? 
  • Bu iki məğlubiyyətə qədər bizim 5 oyunluq qələbə seriyamız var idi. Azərbaycan futbol tarixində heç vaxt belə şey olmamışdı. FİFA reytinqində bizdən xeyli öndə olan komandaları məğlub etdik. İndi isə Avropanın iki güclü komandasına uduzduq. Topla pis davranmırdıq, lakin futbolçuların səviyyəsi müqayisəyə gəlməzdir.
  • Azarkeşlərin məyusluğu başa düşüləndir. Seçmə mərhələdə cəmi 2 oyun keçirmişik və artıq bizim üçün başa çatmış kimi bir şeydir. 
  • O zaman sizdən soruşmaq istərdim, hesab edirdiniz ki, biz qrupdan çıxa bilərik?
  • Başa düşürəm ki, obyektiv reallıq var, ancaq hesab edirəm ki, komandanın qarşısına qrupdan çıxmaq məqsədi qoyulmayıbsa, oynamağın mənası yoxdur.
  •  Sizinlə mübahisə etməyə hazıram. Mən Albaniya millisinin sükanı arxasına keçəndə bu ölkənin seçmə komandası FİFA reytinqində 80-ci yerdə idi. 2,5 ildən sonra 22-ci sıraya yüksəldik. Bu inanılmaz idi. Bu futbolçuların hesabına mümkün oldu. Lakin Azərbaycan çempionatının səviyyəsinə baxın. Siz çempionatın səviyyəsini əla bilisiniz.
  • Əlbəttə, səviyyə o qədər də yüksək deyil. 
  • Bəli. Necə düşünürsünüz, “Qarabağ” legionerlərsiz eyni komanda olacaq?
  • Qarabağ” yığmadan fərqli olaraq, psixoloji cəhətdən daha yaxşı hazırlıqlıdır və komanda istənilən rəqibə qarşı öz oyununu göstərə bilir. 
  • Onlar 10 ildir bir yerdədirlər, Qurban Qurbanov 2008-ci ildən “Qarabağ”a rəhbərlik edir. Onun öz strategiyasını hıyata keçirməyə, legionerlər almağa vaxtı oldu. Mən başqa ölkələrdən futbolçuları cəlb edə bilmərəm.
  • Son illərdə bir sual daim aktual olur, əgər bu millinin maksimumudursa, illərdir niyə əcnəbi məşqçilər gətirilir. Söhbət konkret sizdən getmir, bu cür düşününlərin sayı indi xeyli artıb. 
  • Formula – 1-lə müqayisə apatsaq, “Alfa Romeo”nun pilotusansa, demək olar ki, Qran-Prini uda bilməzsən. Bu İtalyan komandasıdır və onların uğur qazanacağına ümid edirəm.  Ancaq məsələyə obyektiv yanaşsaq, onların “Red Bul”la başabaş mübarizə aparması çox çətindir. Futbolda da elədir, səviyyə fərqi çox böyükdür. Bizim xaricdə oynayan futbolçularımız çox azdır. Nəyə görə?
  • Yəqin ki, onlara evdə daha rahatdır. 
  • Xeyr, ona görə ki, onlara tələbat yoxdur. Ölkə xaricində çıxış edən 3 futbolçumuz var. Biri Niderlandın ikinci liqasında, Mahir Türkiyədə, Renat isə İsveçrədə. Heç də ən güclü liqalar deyil.
  • Üç ildir ki, milliyə rəhbərlik edirsiniz. Fəxr edə biləcəyiniz, nə qazanmısınız? 
  •  Ardıcıl 5 oyunda qalib gəlmişdik. Bununla qürur duyurdum. Qələbələrdən başqa, biz Slovakiya, Şimali Mkedoniya kimi yığmalara qarşı yaxşı oynadıq. Sizin ki, yadınızdadır, makedoniyalılar dünya çempionatına getmək üçün İtaliyanı necə mübarizədən kənarlaşdırdılar. Bununla fəxr edirəm, lakin bu uğuru təkcə öz adıma çıxmaq istəmirəm. Buna ilk növbədə futbolçular nail oldular. Biz öz ustalıq səviyyəmizi artırmalıyıq. Bura həm taktika, həm aqressiv oynamaq həm də atletiklik daxildir.
  • Siz bütün bunlar barədə Azərbaycan futboluna cavabdeh olan  İcraiyyə Komitəsi üzvləri ilə danışdızmı? 
  • Gəlin,bu suala cavab verməyim.

Bənzər xəbərlər