featured-image-20503

Yanvarın 4-dən Türkiyədə təlim-məşq toplanışında olan “Qarabağ” bu gün ilk sınaq matçına çıxıb.

Msport.az xəbər verir ki, Qurban Qurbanovun komandası Polşa təmsilçisi “Rakuv” ilə qarşılaşıb.

Oyun Bakı vaxtı ilə saat 18:00-da başlayıb. Ağdam təmsilçisi bu görüşdə 3 cavabsız qolla məğlub olub.

Antalyanın Belek bölgəsindəki “Gloriya Sport”da məskunlaşan Ağdam komandası yanvarın 18-də daha iki görüş keçirəcək. “Köhlən atlar” həmin gün “Poqon” (Polşa) və “Çukariçki” (Serbiya) ilə gücünü sınayacaq.

Bənzər xəbərlər