“Qarabağ” pressinqlə “Ferentsvaroş”u “boğdu”
“Ferentsvaroş”un öz meydanında “Qarabağ”a 1:3 hesabı ilə uduzaraq Çempionlar Liqasından kənarda qalması Macarıstanda birmənalı qarşılanmayıb. Msport.az “sports.ru”ya istinadən xəbər verir ki, artıq bu ölkədə Budapeşt klubunun baş məşqçisi Stanislav Çerçesovdan narazıdırlar:
Aron Aronyoşi (jurnalist, həvəskar “Ered” klubunun yaradıcısı): “Ferentsvaroş” azarkeşləri indi məyusdurlar. Komandanın çempionatda oyunu təxirə salındı ki, “Qarabağ”la matça bir həftə yaxşı hazırlaşa bilsinlər. 1:3 hesablı məğlubiyyətdən sonra Çerçesovun mətbuat konfransı darıxdırıcı idi: “Baş verənləri analiz etmək lazımdır. Nəzəri cəhətdən biz hazır idik, ancaq planlarınızı meydanda reallaşdıra bilmədik”. Hərçənd hamı deyirdi ki, “Qarabağ” keçiləsi rəqibdir.
Ötən il “Ferentsvaroş” üçün yeni məşqçi seçmək asan olmadı. Sergey Rebrovdan sonra statuslu ad olmalı idi. Əvvəlcə avstriyalı Peter Şteqeri təyin etdilər. Ancaq o, tədricən komanda üzərində nəzarəti itirirdi. Peter futbolçulara çox şeyə imkan verirdi ki, bunu problem adlandırırdılar. Onun yerinə özünü ciddi, tələbkar, praqmatik məşqçi kimi göstərmiş Çerçesovu çağırdılar. Təyinatdan sonra o, özünü ən demokratik diktator adlandırmışdı. “Qarabağ” çox irəlidən oynadı və pressinqlə “Ferentsvaroş”u boğdu. Müdafiəçilər topla pis davranırdılar, yarımmüdafiə xətti isə onlara kömək etmirdi. “Qarabağ” hər hissənin ilk on dəqiqəsində bizim komandanı darmadağın etdi. “Ferentsvaroş” belə başlanğıc gözləmirdi. Belə məqamda cəsarətli addımlar atıb oyunu dəyişməyi bacarmalısan. Lakin Çerçesov bunu eləmədi. “Qarabağ” isə oyuna əla hazırlaşmışdı və planını reallaşdırdı”.
Adam Xarasti (Sport TV): “Mənim xoşuma gəlmədi ki, klub Rebrovun etdiklərindən sonra onunla necə vidalaşdı. Çerçesovun təyinatı “Ferentsvaroş” rəhbərliyinə yaxşı ideya kimi göründü. Çünki o, müəyyən vaxt daxilində Rusiya yığmasında əla işləmişdi. Amma mən düşünürdüm ki, o, klubda uzun müddət uğurlu iş görməyə qadir deyil. Yığmaya qədər heç bir klubu iki ildən artıq çalışdırmamışdı”.