featured-image-25395

“Qarabağ” Türkiyə “Qalatasaray”ına qarşı keçirəcəyi xeyriyyə matçı üçün “Zirə”dən bir futbolçu götürə bilər.

Msport.az saytına daxil olan məlumata görə, bu, bir vaxtlar Ağdam klubunun da formasını geyinmiş Donald Geryedir.

Sol cinah müdafiəçiləri Elvin Cəfərquliyevlə Toral Bayramovun Azərbaycan millisinə çağırılacağını nəzərə alan “köhlən atlar”ın baş məşqçisi Qurban Qurbanov həmin mövqedəki boşluğu məhz haitili oyunçu ilə doldurmağı planlaşdırır.

Qeyd edək ki, martın 26-da Bakı Olimpiya Stadionunda keçiriləcək “Qarabağ” – “Qalatasaray” matçından əldə olunacaq bütün gəlirlər Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək.

CAHİD

Bənzər xəbərlər