featured-image-25347

“Qarabağ”la “Qalatasaray” arasında baş tutacaq xeyriyyə matçının biletləri bu gün satışa çıxarılıb.

Msport.az xəbər verir ki, oyuna böyük maraq var.

Ağdam klubundan verilən məlumata görə, bu gün 2 saat ərzində 25 min bilet satılıb.

Xatırladaq ki, martın 26-da Bakı Olimpiya Stadionunda keçiriləcək sözügedən görüş saat 20:00-da başlayacaq. Bilet satışından əldə olunacaq gəlir Türkiyədə baş verən zəlzələdən zərər çəkənlər üçün göndəriləcək.

 

Bənzər xəbərlər