featured-image-2881

Qazaxıstan milli komandasının yeni baş məşqçisinin adı açıqlanıb. Msport.az Qazaxıstan Futbol Federasiyasının saytına istinadən bildirir ki, yığmanı Maqomed Adiyev çalışdıracaq.

44 yaşlı rusiyalı mütəxəssis 2010-cu ildən məşqçiliyə başlayıb. O, “Axmat”, “Anji” və “Çayka” klublarında işləyib. Adiyev son olaraq Karaqanda “Şaxtyor”unda çalışıb və bu komandanı Qazaxıstan kubokunun finalına çıxarıb.

Qazaxıstan Millətlər Liqasında Azərbaycan seçməsi ilə bir qrupda mübarizə aparacaq. Millimiz qrupda ilk oyununu iyunun 3-də səfərdə Qaxaxıstana qarşı keçirəcək. “Astana Arena”da baş tutacaq matç Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Bənzər xəbərlər