"Qəbələ" 3 futbolçu ilə yollarını ayırdı - RƏSMİ
“Qəbələ” 3 futbolçusu ilə yollarını ayırıb.
Msport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Hücumçu İbrahim Sanqare və müdafiəçi Rüfət Əhmədovla müqavilə müddəti artırılmayıb. Həmçinin CAR-ın “Stellenboş” klubundan icarəyə götürülmüş Turan Manafovun icarə müaviləsi bitib.
Sanqare “Qəbələ”də keçirdiyi 25 oyunda 4 qol vurub. R. Əhmədov bu mövsüm 4 oyunda meydana çıxıb. Qışda “Qəbələ”yə gələn T.Manafov isə 10 oyunda forma geyinib.







