featured-image-19874

“Qəbələ” 2022/23 mövsümünün ikinci yarısının hazırlığını gerçəkləşdirmək üçün Türkiyəyə yollanıb.

Msport.az xəbər verir ki, Antalyada qış təlim-məşq toplanışı keçirəcək “qırmızı-qaralar” yanvarın 17-dək qonşu ölkədə hazırlaşacaq.

Komanda “Limak Lara” otelində məskunlaşacaq.

Hazırlıq prosesində “Qəbələ” üç yoxlama oyunu keçirəcək. “Qırmızı-qaralar” yanvarın 12-də Rumıniyanın “Sepsi”, 14-də Almaniyanın “Lukenvalde”, 16-da Çexiyanın “Teplitse” klubu ilə görüşəcək.

Xatırladaq ki, Misli Premyer Liqasında mövsümün ikinci yarısı yanvarın 24-də start götürəcək. “Qəbələ” ilin ilk matçını Gəncədə “Kəpəz”ə qarşı keçirəcək.

Bənzər xəbərlər