featured-image-20129

2022/23 mövsümünün ikinci yarısına Türkiyədə hazırlaşan “Qəbələ” təlim-məşq toplanışını davam etdirir.

Msport.az xəbər verir ki, “qırmızı-qaralar” Antalya şəhərində təşkil olunan hazırlığın beşinci gününü başa vurub.

Komanda günü iki məşqlə yekunlaşdırıb. Elmar Baxşıyevin yetirmələrinin günün ilk yarısındakı məşqi fitnes zalında baş tutub. Futbolçular müxtəlif fiziki təmrinləri icra ediblər.

Günün ikinci yarısında baş tutan məşq prosesi meydançada gerçəkləşib. Komanda üzvləri toplu və topsuz çalışmaları yerinə yetiriblər.

Bənzər xəbərlər