featured-image-20408

“Qəbələ” bu gün yoxlama oyunu keçirib.

Msport.az xəbər verir ki, yanvarın 4-dən Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “qırmızı-qaralar” ilk sınağına çıxıb.

Mövsümün ikinci yarısının hazırlığı çərçivəsindəki ilik dueldə rəqib Rumıniyanın “Sepsi” klubu olub. “Arcadia Sports Senter”də baş tutan qarşılaşma Bakı vaxtı ilə saat 16:00-da başlayıb.

Əsası 2011-ci ildə qoyulan “Sepsi” Rumıniya kubokunun və Superkubokun son qalibidir. Rəqib ötən mövsüm Liqa 1-də 7-ci yeri tutub. Cari çempionatın 21 oyununda 32 xal toplayan komanda qış fasiləsinə 6-cı pillədə yollanıb.

Bu rəqiblə matçda qalib müəyyənləşməyib. “Qəbələ” iki dəfə önə keçdiyi bu oyunda qələbəni əldən verib. Azərbaycan təmsilçisindən qolları 7-ci dəqiqədə Ülvi İsgəndərov və 66-cı dəqiqədə penaltidən İsnik Alimi vurub. 83-cü dəqiqədə Qəbələ təmsilçisindən Ruan Renato qırmızı vərəqə ilə meydandan qovulub.

Xatırladaq ki, Antalyada daha iki yoxlama matçına çıxacaq “Qəbələ” yanvarın 14-də Almaniyanın “Lukenvalde”, 16-da Çexiyanın “Teplitse” klubu ilə görüşəcək.

Bənzər xəbərlər