“Qəbələ” diktora görə cərimə olundu
AFFA İntizam Komitəsinin iclası keçirilib.
Msport.az xəbər verir ki, bu gün keçirilən iclasda aşağıdakı qərarlar qəbul edilib:
I Divizionun 10-cu turunun “Kəpəz-2” – “Zaqatala” oyununda “Kəpəz-2”nin 6 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün “Kəpəz-2” komandası 80 manat cərimə olunur.
“Kəpəz-2” – “Zaqatala” oyununda “Zaqatala” klubunun nümayəndəsi oyundan əvvəl iclasda iştirak etmədiyi üçün “Zaqatala” 80 manat cərimə olunur.
I Divizionun 10-cu turunun “Qəbələ-2” – “Mingəçevir” oyununda diktor əvəzetmələri elan etmədiyi üçün “Qəbələ-2” komandası 40 manat cərimə olunur.
“Qəbələ-2” – “Mingəçevir” oyununda matçın protokolunda nömrə səhvinə yol verildiyinə görə “Mingəçevir” klubuna xəbərdarlıq olunur.
I Divizionun 10-cu turunun “Turan Tovuz-2” – “Qaradağ Lökbatan” oyununda təcili tibbi yardım maşını oyuna təyin olunan vaxtdan gec gəldiyinə görə “Turan Tovuz-2” komandası 160 manat cərimə olunur.
“Turan Tovuz-2” – “Qaradağ Lökbatan” oyununda “Qaradağ Lökbatan” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün “Qaradağ Lökbatan” 80 manat cərimə olunur.