featured-image-20484

Rumıniyanın “Sepsi” komandasının baş məşqçisi Kristiano Berqodi Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində “Qəbələ”yə qarşı keçirdikləri yoxlama oyununu dəyərləndirib.

Msport.az xəbər verir ki, İtaliyadan olan 59 yaşlı mütəxəssis 2:2 hesabı ilə nəticələnən qarşılaşmada yetirmələrinin performansından razı qalıb:

“İki dəfə hesabda geri düşməyimizə baxmayaraq, bərabərlik topunu vurmağı bacardıq. Həm birinci, həm də ikinci hissədə yaxşı oynadıq, nəticədən razı qaldım. “Qəbələ” önündə gördüklərimdən məmnunam. Buraxdığımız hər iki qola cavab verə bildiyimiz üçün şadam. Birinci hissədə qoldan sonra üstünlüyü ələ aldıq. Penaltidən buraxdığımız topla geri düşdük. Lakin yenə də ikinci hissədə vəziyyəti dəyişməyi bacardıq. Gündə iki dəfə məşq keçdiyimiz üçün yorğunluq tam gücümüzlə oynamağımıza mane oldu. Futbolçuların matçı zədəsiz başa vurmalarına çox sevinirəm”.

Bənzər xəbərlər