"Qəbələ" kapitanı ilə yollarını ayırdı - RƏSMİ
“Qəbələ” daha bir futbolçusu ilə yollarını ayırıb.
Msport.az xəbər verir ki, klubun mətbuat xidməti bu haqda məlumat yayıb.
32 yaşlı müdafiəçinin mövsümün sonunda başa çatan müqaviləsi yenilənməyib. “Qəbələ” Futbol Akademiyasının yetirməsi olan Musayev 2012-2013-cü illər mövsümündə Azərbaycan Premyer Liqasında debüt edib.
O, “Qəbələ” formasında Azərbaycan Premyer Liqasında və ölkə kubokunda 173 oyunda meydana çıxıb və 4 qol vurub.
M. Musayev “Qəbələ”də 2023-cü ildə Azərbaycan kubokunun qalibi olub.







