featured-image-26131

“Neftçi” bu gün Bakıxanov qəsəbəsindəki Türk Hava Yolları Hazırlıq Mərkəzində “Qəbələ” ilə yoxlama oyunu keçirib. Msport.az xəbər verir ki, “ağ-qaralar”ın əksər futbolçuları milli komandalara çağırıldığından matça eksperimental heyətlə çıxıblar.

Görüş qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb. “Qəbələ”nin heyətində Ramon Maçado və Omar Hani fərqlənib. Paytaxt klubunun yeganə qolunu penaltidən Vato Arveladze vurub.

AYXAN 

Bənzər xəbərlər