featured-image-9724

“Qəbələ” Misli Premyer Liqasının 2022/23 mövsümünə avqustun 8-də start verəcək.

Msport.az xəbər verir ki, “qırmızı-qaralar” 1-ci turun son görüşündə “Turan Tovuz”la qarşılaşacaq.

Baş məşqçi Elmar Baxşıyevin yetirmələri oyunun hazırlığını bugünkü məşqlə başa vurub. Komanda sabah matçın keçiriləcəyi Tovuza yola düşəcək. “Qırmızı-qaralar” son məşqlərini Tovuz şəhər stadionunda gerçəkləşdirəcək.

Xatırladaq ki, avqustun 8-də baş tutacaq qarşılaşmaya saat 17:00-da start veriləcək.

Yeri gəlmişkən, “Qəbələ”nin bu gün baş tutan məşqində özəl qonaq da olub – Asafe Santos. Komandanın yeni transferlərindən olan Felipe Santos məşqə oğlunu da gətirib. Əyalət klubu onun fotolarını sosial şəbəkə hesabında paylaşıb.

media-297704085_447875880686505_4338256499177782988_n media-297722508_447875884019838_5231332866089311675_n media-297775414_447875887353171_4914077952547701164_n media-297969075_447875890686504_3443811973877968226_n

Bənzər xəbərlər