featured-image-31909

Qəbələ” iki futbolçu ilə yollarını ayırıb. Msport.az xəbər verir ki, yarımmüdafiəçilər Rövlan Muradov və Felipe Santosla müqavilələrin müddəti başa çatıb.

“Qəbələ” futbol akademiyasının yetirməsi olan Muradov əsas komandada keçirdiyi 117 oyunda 12 qol vurub. Ötən ilin yayından “Qəbələ”nin şərəfini qoruyan braziliyalı legioner 43 matçda 6 dəfə fərqlənib.

“Qəbələ” İdman Klubu Muradovla Santosa “qırmızı-qara” forma ilə keçirdiyi oyunlara və qazanılan qələbələrdəki paylarına görə təşəkkür edir, gələcək karyeralarında yeni-yeni uğurlar arzulayır.

Bənzər xəbərlər