featured-image-56335

“Mövsümə əla başladıq. İlk oyunlar həmişə çətin olur. Amma biz bunun öhdəsindən gəlib qələbə qazandıq”.

Msport.az xəbər verir ki, bunu “Ordu”nun basketbolçusu Brendon Tuker deyib.

O, yeni mövsümdə “Sumqayıt”a qarşı ilk oyunlarını dəyərləndirib: “Bu matçdan həm müsbət, həm də mənfi məqamları özümüz üçün müəyyləşdirməli və nəticə çıxarmalıyıq. Çünki bu qələbə seriyasının davam etdirilməsi üçün çox vacibdir. Komandanın nəyə qadir olması məni çox həyəcanlandırır. Mövsümün qalan görüşlərini səbirsizliklə gözləyirəm”.

Qeyd edək ki, “Ordu” ilk turda “Sumqayıt”ı 103:80 hesabı ilə məğlub edib. Onlar II turda, oktyabrın 26-da “Şəki”ni sınağa çəkəcək.

Bənzər xəbərlər