featured-image-48495

Azərbaycan Voleybol Federasiyasının (AVF) Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri, Avropa Voleybol Konfederasiyasının (CEV) Avropa İdman Təşkilatı Komissiyasının üzvü Mixail Frişman Qızıl Avropa Liqasının oyunlarına təyinat alıb.

AVF-dən Msport.az-a verilən məlumata görə, Frişman kişi voleybolçular arasında yarışın II turunda fəaliyyət göstərəcək.

O, mayın 24-26-da Lüksemburqda baş tutacaq turun oyunlarında supervayzer kimi hakimlərin işinə qiymət verəcək.

Qeyd edək ki, Lüksemburq, Ukrayna və Çexiya milli komandalarının mübarizə aparacağı II turun hakimləri almaniyalı Matias Evald, niderlandlı Helena Qeldof və lüksemburqlu Kerol Hepp olacaq.

Bənzər xəbərlər