featured-image-77986

Azərbaycan millisinin və “Arda”nın futbolçusu Cəlal Hüseynov ötən gün Bolqarıstan çempionatında “Botev”lə matçdakı dublu 2:1) haqda danışıb.

Msport.az gong.bg-ya istinadən xəbər verir ki, 23 yaşlı futbolçu ən yaxşı günlərindən birini keçirdiyini deyib:

“Qeyd etdiyiniz kimi, ilk dəfədir dubl edirəm. Bu, mənim üçün ən yaxşı günlərdən biridir. Mənə dəstək olan hər kəsə təşəkkür edirəm. Bilirik ki, “Botev” yaxşı komandadır. Turnir cədvəlində bir-birimizə yaxınıq. Turnir cədvəlində daha böyük fərq yaratmaq üçün qalib gəlməli olduğumuzu anlayırdıq. Mövsümü daha yaxşı şəkildə başa vurmaq üçün imkanlarımız var və bunu etməliyik”..

Cəlal qollarını ailəsinə həsr etdiyini deyib: “Bu, futboldur. Biz 11 futbolçu ilə oynayırıq. Vurduğum ikinci qolun mükəmməl ötürməsini Dimitar Velkovski vermişdi. Qolun sirri də budur. Bugünkü qollarımı ailəmə həsr etmək istəyirəm”. 

O, “Lokomotiv”ə qarşı keçirəcəkləri növbəti matç haqda fikirlərini bölüşüb: “Bəlkə də onlar rotasiyalar edəcəklər. Görəcəyik. Amma həm növbəti oyunda, həm də son matçda yalnız üç xal haqqında düşünməliyik. Və yalnız bu şəkildə şanslarımızdan yararlana biləcəyik”.

Millimizin üzvü Bolqarıstanda çətinlik çəkmədiyini, ölkənin dilinə hakim olduğunu söyləyib: “Mən bolqar dilini bilirəm. Danışmağı bacarıram, amma bir az utanıram. Paltardəyişmə otağında və komandada bolqar dilində danışıram və hər şeyi başa düşürəm”.

Bənzər xəbərlər