Qondarma rejimin oyunu təxirə salındı
Tannınmamış ölkələrin dünya çempionatının seçmə mərhələsində çıxış etməli olan qondarma rejimin komandasının görüşü təxirə salınıb.
Msport.az Apsadqııl.info-ya istinadən xəbər verir ki, Abxaziya ilə oyun iyulun 10-da Suxumidəki “Dinamo” stadionunda keçirilməli idi.
Abxaziya Futbol Federasiyası bununla bağlı bəyanat yayaraq bildirib ki, Qarabağdakı qeyri-sabit vəziyyətə görə, oyun təxirə salınıb. Çünki qondarma rejimin komandası həmin gün meydana çıxa bilməyəcək.
ConıFA-nın (tanınmamış və ya qismən tanınmış ölkələrin federasiyalarını, etnik yığmaları özündə birləşdirən beynəlxalq konfederasiya) Avropa təmsilçiliyinin rəhbəri Alberto Riskio belə vəziyyət yarandığına görə, təəssüf hissi keçirdiklərini bildirib: “Lakin biz bu məsələni başa düşürük. Biz oyunun yeni tarixi ilə bağlı Abxaziya respublikasının Futbol Federasiyası ilə daimi əlaqədəyik. Avropa təmsilçiliyinin bütün üzvləri oktyabrın 31-dək seçmə oyunlarda iştirak etməlidirlər”.
Qeyd edək ki, ConıFA dünya çempionatını 2024-cü ildə Kürdistanda (İraq) keçirmək niyyətindədir.