featured-image-51084

Qadınlar arasında keçirilən 3×3 basketbol üzrə Qadın Seriyasının Quba mərhələsində iştirak edəcək komandaların qrupları və oyun təqvimləri müəyyənləşib.

Azərbaycan Basketbol Federasiyasından Msport.az-a verilən məlumata görə, yarışda 8 komanda 2 qrupda mübarizə aparacaq.

A qrupunda “Baku Fleyms”, Avstraliya, Niderland, Çin U-24, B qrupunda isə Çexiya Filippin, İran və “Düsseldorf Zoos” (Almaniya) komandaları yer alacaqlar.

Quba mərhələsinin açılış oyunu iyulun 20-də “Baku Fleyms” və Niderland yığması arasında baş tutacaq. Qarşılaşma saat 16:30–da start götürəcək.

Qeyd edək ki, Dünya Seriyasının “Quba” mərhələsinə iyulun 21-də yekun vurulacaq.

Bənzər xəbərlər