featured-image-46855

Azərbaycanın stolüstü tennisçi Onur Quluzadə daha bir beynəlxalq yarışda mükafat qazanıb.

Msport.az-ın məlumatına görə, o, Lüksemburqda keçirilən “WTT Youth Contender” turnirində fərqlənib.

İlkin mərhələdə Almaniya, Fransa, Lüksemburq və Monqolustan təmsilçilərinə qalib gələn yeniyetmə idmançı qrup səddini lider kimi adlayıb.

1/8 finalda isveçli, 1/4 finalda isə fransalı rəqibini də mübarizədən  kənarlaşdıran stolüstü tennisçimiz yarımfinalda digər fransalı rəqibinə 2-3 hesabı ilə uduzaraq turnirin bürünc medalına layiq görülüb.

Qeyd edək ki, bu, Onur Quluzadənin cari mövsümdə beynəlxalq yarışlarda qazandığı 5-ci mükafatdır.

Bənzər xəbərlər