Qurban Qurbanov Keytanı da "Qarabağ"a çağırdı
“Zirə”nin yarımmüdafiəçisi Hamidu Keyta son anda “Qarabağ”ın heyətinə cəlb olunub.
Msport.az xəbər verir ki, öncədən 4 futbolçu – Donald Gerye, Anar Nəzirov, Rauf Hüseynli və Nihad Quliyevin Ağdam komandasına dəvət olunacağı bildirilmişdi.
Lakin son anda Keyta da “Qalatasaray”la oyun üçün “Qarabağ”ın düşərgəsinə cəlb olunub.
Qeyd edək ki, Keyta ehtiyatda qalıb.
AYXAN







