featured-image-19660

Dünyanın ən yaxşı baş məşqçilərinin 2022-ci il üçün yekun reytinq siyahısı açıqlanıb.

Msport.az xəbər verir ki, siyahıda fəaliyyətini davam etdirən 500 ən yaxşı məşqçi yer alıb.

Azərbaycan klubları siyahıda iki mütəxəssislə təmsil olunub. “Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf və “Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanov ilk 500-lükdə qərarlaşıb.

Qurbanov 1595 xalla 207-cidir. “Neftçi”nin rumıniyalı baş məşqçisi 1627 xalla 175-ci yerdədir. Hər iki mütəxəssis ötən siyahıdakı mövqeyini qoruyub.

İlk 3-lükdə Pep Qvardiola (2194), Yurgen Klopp (2112) və Joze Mourinyo (2063) qərarlaşıb.

Bənzər xəbərlər