"Ramil Quliyev bizneslə məşğul olacaq" - Yoldaşı idmançı barədə bütün sirrləri açdı
Türkiyəni təmsil edən azərbaycanlı yüngül atler Ramil Quliyevin həyat yoldaşı Yekatrina Quliyeva Rusiya mətbuatına müsahibə verib. Msport.az “sports.ru”ya istinadən yazının maraqlı yerlərini təqdim edir:
“Krizislə bağlı Türkiyədə indi vəziyyət çətindir. Liderləri barmaqla saymaq olar: dünya və Avropa çempionatında medala iddia edən bir ya iki nəfər var. Hətta Ramilin də bu il maliyyə ilə bağlı çətinlikləri olmuşdu.
Ramili burda çoxları tanıyır. Bəzən onunla taksiyə minirsən, tanıyırlar, deyirlər “O Ramil, idmançı, atletika”. Rusiyada hansı taksist bir yüngül atleti üzdən tanıyar? Məni bir dəfə küçədə məhz Ramilin həyat yoldaşı kimi tanıdılar və şəkil çəkdirdilər.
2019-cu ildə Türkiyəyə köçəndə heç bilmirdim ki, idmana qayıdacam. Türkiyədə ərə getdim, burda uşaq dünyaya gətirdim – bütün bunlar vətəndaşlıq almağa əsas verirdi. Bütün bu proses hardasa 1,5 il çəkdi. İdman məsələləri isə tez həll olundu. 2015-ci ildən Rusiyanın adından beynəlxalq yarışlarda iştirak etmirdim. Başqa ölkənin adından çıxış etmək üçün İki illik keçid dövrü çoxdan keçmişdi. Hazır olsaydım, artıq Tokio Yay Olimpiya oyunlarına gedə bilərdim”.
- Siz hələ Ramillə neçə il çıxış etməyi planlaşdırırsınız?
- Biz çox çalışırıq ki, 2024-cü il Olimpiadasına kimi çatdıraq və ikimiz orada çıxış edək. Ondan sonra əlbəttə, nələrisə dəyişmək vaxtı gələcək. Biz hələ uşaq istəyirik, onların böyüməsi, tərbiyəsi ilə məşğul olacam. Ramil isə bizneslə məşğul olacaq.
- Nə biznesi?
- Onun Ankarada 3 pitsa restoranı var. Bu, təkcə onun işi deyil, daha iki şəriki vəbütün məsələləri həll edən idarəedən şəxs var. Hələlik bununla daha ciddi məşğul olmaq üçün Ramilin vaxtı yoxdur. Həm də biz Ankarada yaşamırıq və orada tez-tez olmuruq. Onun pitsa yeri “Double Zero” adlanır. Mən cəmi bir dəfə yemişəm, amma çox dadlı idi. İndi ölkədəki vəziyyətlə əlaqədr heç də asan deyil. Hər şeyin qiymətləri qalxır, pitsa üçün inqreditlərin qiymətinə hər dəfə artım gəlir. Restoran biznesi indi Türkiyədə o qədər də sərfəli deyil. Odur ki, öz bisnesinin müəyyən hissəsini satmaq fikri yaranıb. Ola bilsin ki, Ramil karyerasını başa vurduqdan sonra İstanbulda nəsə açdı.
- Siz indi Türkiyənin hansı şəhərində yaşayırsınız?
- İki evdə yaşayırıq: İlin yarısını İstanbulda, yarısını Antalyada. Bu məşqlərlə bağlıdır. Antalyada Gloria otelində əla baza var. Lakin yayda orda çox isti olur. Ona görə də mayda daha sərin olan İstanbula gedirik. Hər iki şəhərdə mənzilimiz var. Çox şeyləri, hətta uşaq çarpayısını da iki-iki alırıq, hər iki ev üçün. Buna baxmayaraq, hər dəfə yer dəyişmək, köçmək çətindir. Özünlə uşaqğın oyuncaqlarını yığıb aparmaq elə nəyə desən, dəyər.
- Sizin məişət işləriniz necə həll olunur? Uşağa baxmağa kim kömək edir?
- Ramilin anası bizimlə yaşayır. Ancaq məşq dövründə, evə qayıdan kimi ana özüməm. Nənə isə yemək işlərinə girişir, qızıma mən baxıram deyə, mətbəxdə nəsə eləməyə çatdırmıram. Həm məşq etmək istəyirəm, həm qızıma bütün kitabları oxumaq, onunla gəzmək. Özümə isə heç vaxt qalmır.
- Sizin Ramillə sevgi hekayəniz necə başladı?
- Biz çoxdan, 2009-cu ildən tanışıq. Bir yerdə hələ yeniyetmələr arasında Avropa çempionatında çıxış etmişik. Sonra ara-sıra kommersiya turnirlərində görüşürdük, amma ancaq salam-sağolumuz var idi. 2019-cu ilin qışında təsadüfən Novoqorskda toplanışda üz-üzə gəldik. Və o vaxtdan bir yerdəyik.
- Ramildən təklif necə gəldi?
- Əvvəlcə, o, mənim rəfiqəmlə məsləşətləşdi, hansı ölçüdə və necə üzük almalı deyə. Rəfiqəm ona and vermişdi ki, mənə heç nə deməyəcək. Amma əlbəttə ki, o dəqiqə üzüyün şəklini çəkib mənə atdı. Biz Romaya “Brilyant Liqa” yarışlarına yollandıq. Orda da hər axşam gözləyirdim ki, “axı bu nə vaxt evlilik təklifi edəcək?”. Bir yerdə gəzirik, amma təklif eləmir. Bəlkə fikrini dəyişib? Bir dəfə axşam mehmanxanada Ramil nəhayət qərar verdi. Bu çox səbirsizliklə gözlədiyim gün idi!
- Sizin toyunuz Rusiyada oldu, ya Türkiyədə?
- Bir böyük toy olmadı. Biz İstanbulda nigaha girdik, ancaq orada ancaq Ramilin ən yaxın qohumları var idi. Sonra Moskvaya gəldik, mənim qohumlarım, tanışlarımla bir yerdə oturduq. Fotossesiya elədik.
- Ramil həyatda necədir?
- O, güzəştə getməyi bacarır, özünü əsl kişi kimi aparır. Diqqətlidir, mehribandır, diplomatikdir. Ramil ailənin başçısıdır, əsas qazanc onun üzərinə düşür. Məişət işlərini isə mən həll edirəm. Biz danışmışıq ki, o, kişi kimi pul qazanacaq, mənim üzərimə isə ev və uşaq düşür. Ona o qədər də əhəmiyyətli deyil mən nə qədər tez qaçacam. Əsas odur ki, evdə təmizlik, rahatlıq olsun, uşağı tərbiyə edim.
- Ramil 200 metr məsafəyə qaçışda dünya və Avropa çempionudur. “Ağ dərili” idmançılardan başqa heç kim buna nail ola bilməyib. Onun sirri nədədir?
- O, istedadlıdır, zəhmətkeşdir. Zaldan ən axrıncı çıxan adam olur. Yarışlarda çox sakit olur, ilk dövrlərdə buna təəccüblənirdim. Start ərəfəsində zarafat edə, deyə, gülə bilər, sanki heç həyəcanlanmır. Yəqin ki, bu özünə inamdan irəli gəlir.
TƏRCÜMƏ ETDİ AYXAN