featured-image-77801

Azərbaycan millisinin futbolçusu Renat Dadaşov mövsümün sonunda Polşanı tərk edəcək.

Msport.az yerli mətbuata istinadən xəbər verir ki, 26 yaşlı hücumçu əsasən başqa ölkə klublarının maraq dairəsindədir.

“Radomyak”dan sonra “Motor”da da karyerası uğursuz alınan forvard özü də uyğunlaşma problemi yaşadığı üçün Polşadan ayrılacaq. Onun yenidən Türkiyəyə qayıtmaq variantı yaranıb. Belə ki, Dadaşovun Türkiyənin I Liqa klublarının maraq dairəsində olduğu bildirilib.

“Motor”la müqaviləsi mövsümün sonuna qədər ol millimizin üzvü Lublin klubu ilə sözləşməsini yeniləməyəcək və yayda azad agent statusu alacaq.

Qeyd edək ki, Renat Dadaşov daha əvvəl Türkiyədə “Hatayspor” və “Ankaragücü”də çıxış edib.

Bənzər xəbərlər