featured-image-5368

“Rəqibimiz müdafiə futboluna üstünlük verən və meydanın mərkəzində təcrübəli oyunçulara malik komandadır”.

Msport.az xəbər verir ki,  bunu Slovakiya yığmasının futbolçusu Peter Pekarik Azərbaycanla oyun barədə danışarkən deyib.

36 yaşlı müdafiəçi öz oyunlarına diqqət etməli olduqlarını bildirib: “Biz rəqibə oyun sahəsi versək, kombinasiyalı hücumlar qura bilərlər. Fəallıq, konsentrasiya və gücümüzü artırmalıyıq. Yalnız Qazaxıstana qarşı çıxışımız görüşün gedişini alt-üst etdi. Çoxlu vəziyyətimiz olmadı, amma əldə etdiyimiz imkanlardan yararlanmalı idik”.

“Herta”da çıxış edən futbolçu baş məşqçi Ştefan Tarkoviçin istefaya göndərilməsi barədə də danışıb: “Bu, komandamız üçün heç də asan olmadı. Onunla peşəkarcasına vidalaşdıq. Qazaxıstanla matçdakı nəticəyə görə hamımız günahkarıq”.

Bənzər xəbərlər