featured-image-9659

“Zirə”nin və millimizin futbolçusu Cəlal Hüseynov “Şamaxı” komandasına keçəcək.

Msport.az xəbər verir ki, 19 yaşlı mərkəz müdafiəçisi icarə əsasında əyalət klubunda çıxış edəcək.  Hüseynovun 1 il müddətinə icarəyə verilməsi nəzərdə tutulub.

Futbolçu hazırda Azərbaycanın U-23 yığmasının heyətində Türkiyənin Konya şəhərində keçiriləcək V İslam Həmrəyliyi Oyunlarına hazırlaşır.

Qeyd edək ki, İslam Həmrəyliyi Oyunları 9 – 18 avqustda keçiriləcək.

Bənzər xəbərlər