featured-image-19609

“Zirə” əvəzedici komandanın baş məşqçisi Azər Məmmədovla yollarını ayırıb.

Msport.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında son qoyulub.

“Zirə-2” hazırda 1-ci Divizionun turnir cədvəlində 16 xalla 11-cidir.

Qeyd edək ki, Məmmədov “Səbail”də Şahin Diniyevin məşqçilər korpusunda yer alacaq.

Bənzər xəbərlər