featured-image-31730
“Şamaxı” klubunun rəhbərliyi ilə məşqçilər heyəti arasında iclas keçirilib. Msport.az xəbər verir ki, toplantıda 2023-24-cü illər mövsümünün planları, klubun strategiyası müzakirə edilib.
Qərara əsasən məşqçilər – Cavid Hüseynov, Elhad Nəziri və Şərafəddin Hüseynov ilə rəhbərlik arasında klubun strategiyası ilə bağlı qismən fikir ayrılığı olduğuna görə qarşılıqlı razılaşma əsasında yollar ayrılıb.
Qapıçılar üzrə məşqçi Anar Niftəliyev isə mövsüm başa çatdıqdan sonra karyerasını başqa klubda davam etdirmək istədiyini bildirdiyindən onunla qarşılıqlı razılaşma ilə müqaviləsinə xitam verilib. 
Klub rəhbərliyi tərəfindən müqaviləsi davam edən baş məşqçi Vüqar Əsgərliyə yeni məşqçi heyəti formalaşdırılması tapşırılıb.
Eyni zamanda, komandanın oyunçuları Elvin Məmmədovun, Amil Yunanovun, Rauf Hüseynlinin, Kamal Mirzəyevin və Tapdıq Əhmədovun müqavilə müddətləri, Nihad Quliyevin isə icarə müddəti başa çatdığından komandadan ayrılıblar.

Bənzər xəbərlər