featured-image-26027

“Qalatasaray”la xeyriyyə oyununda “Qarabağ”a digər klublardan dəvət olunacaq futbolçular məlum olub. Msport.az xəbər verir ki, “Sabah”ın vingeri Coy-Lens Mikels İstanbul klubu ilə matçda forma geyinməyəcək.

Qurban Qurbanov yalnız iki klubun – “Zirə” və “Şamaxı”nın oyunçularını çağırıb. Paytaxt komandasından “Qarabağ”ın sabiq müdafiəçisi Donald Gerye və qapıçı Anar Nəzirov Bakı Olimpiya Stadionunda meydana çıxa bilərlər.

“Şamaxı”dan isə 2 gənc futbolçuya dəbət göndərilib. Bunlar “Qarabağ”ın “Şamaxı”ya icarəyə verdiyi Nihad Quliyevlə Rauf Hüseynlidir.

Xatırladaq ki, “Qarabağ” – “Qalatasaray” görüşü martın 26-da saat 20:00-da başlayacaq.

AYXAN 

Bənzər xəbərlər