Rəsmi - "Səbail" dörd futbolçusunu göndərdi
Səbail” 4 futbolçusu ilə yollarını ayırıb.
Msport.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin baş məşqçisi Mahmud Qurbanov məlumat verib.
O, bildirib ki, 4 əcnəbi oyunçu – argentinalı müdafiəçi Fakundo Kardozo, braziliyalı arxa xətt oyunçusu Qustavo de Fransa, ukraynalı yarımmüdafiəçi Maksim Çex və portuqaliyalı hücumçu Kizito Luvaqa ilə vidalaşıblar (Report.az)
Qeyd edək ki, “Səbail” Premyer Liqanın ilk yarısından sonra 10 xalla sonuncu pillədə qərarlaşıb.







