featured-image-31780

“Felipe Santos, İsnik Alimi və Rafael Utziqin məsələsi açıq olaraq qalır. Danışıqlar davam edir”.

Bunu Msport.az saytına açıqlamasında “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev deyib.

Yeni müqavilələrlə bağlı dəyişiklik olmadığını söyləyən 43 yaşlı mütəxəssis Rövlan Muradovun durmuna da toxunub:

“Rövlanın danışıq apardığından xəbərimiz var. Bu suala daha aydın futbolçunun özü cavab verə bilər”.

O, Boluda keçirəcəkləri təlim-məşq toplanışında rəqiblərin hələlik dəqiqləşmədiyini vurğulayıb: Rəqiblərin adına yaxın günlərdə aydınlıq gələcək”.

Millimizin bu gün Estoniyaya qarşı keçirəcəyi AVRO-2024-ün seçmə mərhələ oyunundan da söz açan Baxşıyev yığmaya uğurlar arzulayıb: “İnşallah, qələbə qazanarıq. Ermənistan seçməsinin ötən gün səfərdə Uelsi məğlub etməsinə gəlincə, millini başqaları ilə müqayisə etməyin tərəfdarı deyiləm. Öz komandamızın uğur qazanması daha vacibdir”.

CAHİD 

Bənzər xəbərlər