featured-image-19334

Azərbaycan Premyer Liqasının 18-ci turunun “Qəbələ” – “Turan Tovuz” matçından (0:0) sonra meydan sahiblərinin baş məşqçisi Elmar Baxşıyev oyunu dəyərləndirib. Msport.az xəbər verir ki, Baxşıyev CBC Sport-a açıqlama verib:

“Son tur idi, bu oyundan sonra komanda istirahətə gedəcək. Bilirdik ki, bizi ağır oyun gözləyir. Komandamız çətin kubok görüşlərindən çıxmışdı. Lakin futbolçular əllərindən gələni etməyə çalışdılar. Düşünülmüş hücumlarımız, epizodlarımız var idi. Ancaq dəyərləndirə bilmədik. Ruhdan düşmürük, dincəlib, 2-ci dövrəyə yaxşı hazırlaşmalıyıq”.

“Qəbələ”nin çalışdırıcı komandasının çempionatın ilk yarısındakı çıxışına da toxunub: “Oyun baxımından komandamdan razıyam. Oyundan-oyuna inkişaf görünür. İnanıram ki, daha əzmkar, daha rəngarəng futbol oynayan “Qəbələ” görəcəyik”.

Baxşıyev hələ ki yeni transferlərlə bağlı müzakirələr aparmadıqlarını bildirib: “Əlbəttə, heyətin genişllənməsinə ehtiyac var. Yenə də ümidliyik”.

Bənzər xəbərlər