Rusiyalı oyunçu Gəncə təmsilçisində
“Gəncə” daha bir rusiyalı voleybolçu ilə anlaşıb.
Msport.az xəbər verir ki, klub Marina Tuşova ilə birillik müqaviləyə imza atıb.
Son olaraq Filippinin “Capital1 Solar Spikers” komandasında çıxış edən U-19 Avropa çempionatının qızıl mükafatçısı Fransanın “Vandoeuvre Nancy”, “İstres” və İsveçrənin “Valtra” klublarının da şərəfini qoruyub.
Marina Tuşova öz ölkəsində “Sparta”, “Saxalin”, “Primoroçka”, “Dinamo Krasnodar”, “Fakel” və digər komandalarda forma geyinib.
Qeyd edək ki, “Gəncə” VK bu transferədək yerli voleybolçular Yuliya Kərimova, Nərminə Musayeva, Fidan Azayeva, Amina Ramazanova, Asiyat Abuyeva, Xanım Cəlilova, rusiyalı Anastasiya Atepalina, tailandlı Tiçakorn Bunlert, ukraynalı Olena Napalkova, braziliyalı Kerolayn Ferreira Perotto və bolqarıstanlı Nikol Dulevanı heyətinə qatıb.