featured-image-26003

“Championat.ru” saytı AVRO-2024-ün seçmə mərhələ oyunları ərəfəsində Rusiya vətəndaşlığı olan və hazırda digər ölkələrin yığmalarında çıxış edən futbolçularla bağlı yazı hazırlayıb.

Msport.az xəbər verir ki, “Onlar Rusiya üçün oynaya bilərdilər: “Bizimkilər” seçmə mərhələdə” başlıqlı məqalədə Azərbaycan milli komandasının formasını geyinən 3 oyunçunun da adı var.

Bunların ikisi “Qarabağ”ın şərəfini qoruyan Şahruddin Məhəmmədəliyevlə Ramil Şeydayev, digəri isə “Sabah”ın yarımmüdafiəçisi Aleksey İsayevdir.

Şahruddin Məhəmmədəliyev – avrokubokların izləyiciləri bu rəngarəng saqqallı oğlanı mütləq xatırladılar. Məhəmmədəliyev “Qarabağ”ın heyətində “Lex”, “Sürix” və “Ferentsvaroş”u Çempionlar Liqasına vəsiqədən məhrum etdi və Avropa Liqasının qrupunda “Nant”la və iki dəfə “Olimpiakos”la qarşılaşıb. Şahruddin Mahaçqalada qalsaydı, çox güman ki, bütün bunlar onun karyerasında baş verməzdi. O, artıq Azərbaycan yığmasında 19 oyun keçirib. İnanmasanız da, onlar son beş matçda qələbə qazanıblar”, – deyə Məhəmmədəliyev haqqında qeyd edilib .

Yazıda İsayev haqqında bu fikirlərə yer verilib: “O, doğma “Yenisey”də və “Zenit-2″də oynadı, amma yüksək diviziona Azərbaycanda yüksəldi. Murad Musayevin başçılıq etdiyi “Sabah”da isə bütün potensialını ortaya qoydu.

Aleksey Zaqafqaziya millisinə ilk çağırışını hələ 2019-cu ildə alıb, lakin zədələr onun Azərbaycan bayrağı altında debütünü iki il təxirə salıb. Amma İsayev yığmadakı ilk oyununda Ronaldo ilə eyni meydanda 10 dəqiqə keçirib. Keçən ilin yayından isə mütəmadi olaraq millinin heyətində meydana çıxır, hətta Moldovaya bir qol da vurub.

Nəhayət, Şeydayev haqqında isə məqalədə bunlar yazılıb: “O, doğma Peterburqda vunderkind kimi tanınırdı. Ramilin Rusiyanın aşağı yaş qrupları üzrə yığmalarındakı statistikası heyrətamizdir: U-16-da 6, U-17-də 7, U-18-də 6, U-19-da 11, U-21-də 8 qol. O, “Zenit-2″nin əsas hücumçusu olub, Halk və Vitsel kimi ulduzların yer aldığı komandada oynamaq şansı qazanıb.

Təəssüf ki, Şeydayev əvvəlcə komandasını, sonra isə futbol vətəndaşlığını dəyişdi. İndi yəqin ki, təəssüflənmir. “Qarabağ”ın heyətində Avropanın bütün klub turnirlərində oynayıb, Azərbaycan yığması ilə Almaniya və Xorvatiyaya qol vurub. İndi isə Belçika, İsveç, Avstriyaya qarşı oynayacaq. Maraqlıdır”.

Qeyd edək ki, Azərbaycan millisi bu gün səfərdə Avstriyanın qonağı olacaq.

CAHİD

Bənzər xəbərlər