featured-image-20086

“Sabah” qış təlim-məşq toplanışına start verib.

Msport.az xəbər verir ki, komanda bu gün səhər saatlarında Türkiyənin Antalya ilinin Bələk bölgəsinə yola düşüb.

“Sabah” bu gün hazırlıq çərçivəsində ilk məşqinə də çıxıb. Hüseyn Aygün təlim-məşq bazasında baş tutan hazırlıq zamanı futbolçular məşqçilərin tapşırığı əsasında müxtəlif təmrinləri yerinə yetiriblər.

Xatırladaq ki, “Sabah”ın Antalya toplanışı 7-19 yanvar tarixlərini əhatə edəcək. Komanda hazırlıq çərçivəsində yanvarın 12-də Polşanın “Varta” (Poznan), yanvarın 18-də isə Serbiyanın “Voyvodina” klubları ilə yoxlama oyunlarında qüvvəsini sınayacaq.

Bənzər xəbərlər